Lənkəranda yararsız qida məhsulları aşkarlanıb

Lənkəranda yararsız qida məhsulları aşkarlanıb
  23 Aprel 2021    Oxunub:2310
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran rayonu, Şürük kəndində yerləşən, Vahabov Səlim Fazil oğluna məxsus “Şürük” marketdə yoxlama keçirib.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı marketdə istifadə müddəti bitmiş kolbasa, yumurta, duz məhsulu aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti