Naxçıvanda orta aylıq əməkhaqqı artıb

Naxçıvanda orta aylıq əməkhaqqı artıb
  23 Aprel 2021    Oxunub:2550
2021-ci ilin yanvar-fevral aylarında orta aylıq əmək haqqının məbləği 536,2 manat təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, bu da 2020-ci ilin müvafiq dövründəki göstəricidən 6,3 faiz çoxdur. Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Əmək-haqqı  





Xəbər lenti