Ermənistanda yoluxma sayı 212 mini ötdü

Ermənistanda yoluxma sayı 212 mini ötdü
  23 Aprel 2021    Oxunub:1362
Ermənistanda son sutka ərzində daha 715 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 212 114 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 15 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3984-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 995 nəfərdir. Aktiv xəstələrin sayı 14 854 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   Koronavirus  





Xəbər lenti