Qarabağa qayıdışla bağlı sorğu başa çatır
Bu il fevralın 22-də açılmış bu internet sorğusu ADA Universitetində yaradılmış və müxtəlif elm-təhsil müəssisələrinin mütəxəssislərindən ibarət olan xüsusi Tədqiqat qrupu tərəfindən dövlət sifarişi əsasında keçirilir. Sorguda 65 min nəfər iştirak edib, sorğu səhifəsinə baxış sayı isə 400 mini aşıb. Bütün iştirakçıların fərdi məlumatları konfidensial saxlanılır.
ADA Universiteti və Tədqiqat Qrupu onlayn-sorğuda iştirak edərək öz istək, niyyət və gözləntilərini bildirən bütün məcburi köçkün vətəndaşlarımıza, sorğu ilə bağlı elan, xəbər və yenilikləri mütəmadi olaraq işıqlandıran kütləvi informasiya vasitələrinə, tədqiqatın keçirilməsinə kömək göstərmiş bütün həmkarlara əməkdaşlığa görə minnətdarlığını bildirir.
Azvision.az