Koronavirusa yoluxma sayı 145 milyonu ötüb

 Koronavirusa yoluxma sayı 145 milyonu ötüb
  23 Aprel 2021    Oxunub:1438
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 145 milyon 362 min 829 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 85 min 825 nəfərdir. İndiyədək 123 milyon 367 min 146 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 32 669 121 nəfər virusa yoluxub, 584 226 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 16 263 695 nəfərdə virus aşkar edilib. Xəstələrdən 186 928 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 14 172 139 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 383 757 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 408 606 yoluxma, 102 164 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Rusiyada 4 736 121 nəfər virusa yoluxub ki, onlardan 107 103-ü ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti