“YAŞAT” Fondu 5818-ə yaxın şəxsi öhdəliyə götürüb

   “YAŞAT” Fondu 5818-ə yaxın şəxsi öhdəliyə götürüb
  23 Aprel 2021    Oxunub:2628
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) tərəfindən ağır yaralanan qazilərin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.
Azvision.az xəbər verir ki, fond tərəfindən indiyədək 2881 şəhid ailəsi ziyarət olunub.

Eyni zamanda, bu günə qədər 5818 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Bundan başqa, 2775 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 14 280-dir.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: YAŞAT   Fond   Şəhid-ailəsi   Qazi  





Xəbər lenti