Bu şəxslər sadələşdirilmiş vergi ödəyiciləri olacaq

Bu şəxslər sadələşdirilmiş vergi ödəyiciləri olacaq
  23 Aprel 2021    Oxunub:2870
Nazirlər Kabineti “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə görə sadələşdirilmiş verginin ödəyiciləri mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən bütün şəxslər deyil, yalnız fiziki şəxslər hesab edilib.

Bununla bağlı “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsinə zərurət yaranıb.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Vergi  





Xəbər lenti