Azay Quliyev Albaniyanın prezidenti və Baş naziri ilə görüşüb

Azay Quliyev Albaniyanın prezidenti və Baş naziri ilə görüşüb
  22 Aprel 2021    Oxunub:4744
ATƏT PA-nın rəsmi Tviter hesabında verılən məlumata görə, ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bu gün Albaniyanın prezidenti İlir Meta ilə görüşüb.
ATƏT PA-nın Baş katibi Roberto Montellanın iştirak etdiyi görüşdə 25 apreldə Albaniyada keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan seçki müşahidə missiyasına tam dəstək ifadə olunub və gələcək əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

ATƏT PA-nın rəsmi Tvitter hesabında verilən məlumata görə, Azay Quliyev bu gün, həmçinin Albaniyanın Baş naziri, ATƏT-in ötən il fəaliyyətdə olan sədri olmuş Edi Rama ilə də görüş keçirib. Görüşdə qarşıdan gələn parlament seçkiləri öncəsi müşahidə olunan mühit və müvafiq islahat prosesləri müzakirə edilib.



Azvision.az


Teqlər: Azay-Quliyev  





Xəbər lenti