Tanınmış alim vəfat etdi

Tanınmış alim vəfat etdi
  22 Aprel 2021    Oxunub:9207
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin sabiq dekanı, Əməkdar müəllim, riyaziyyat üzrə elmlər doktoru, professor Maqsud Nəcəfov dünyasını dəyişib.
Azvision.az -ın xəbərinə görə, o, bu gün 73 yaşında vəfat edib.

Maqsud Ağaqulu oğlu Nəcəfov 1948-ci il oktyabrın 25-də Ermənistan Respublikasının Sisyan rayonuunun Ağudi kəndində anadan olub. 1966-1971-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb. M.Nəcəfov Yeni Azərbaycan Partiyasının (YAP) “qızıl fondu” elan edilən “91-lər”in nümayəndəsi idi.

Qeyd edək ki, "91-lər" 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalıdır.

Azvision.az kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, kədərinə şərik olduğunu bildirir.


Teqlər: MaqsudNəcəfov  





Xəbər lenti