Son 10 ildə 1554 kənd və qəsəbə qazlaşdırılıb

Son 10 ildə 1554 kənd və qəsəbə qazlaşdırılıb
  22 Aprel 2021    Oxunub:2066
“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev “Caspian Energy Club”ın təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib.
Birlikdən Azvision.az -a bildirilib ki, forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub. R.Əliyev çıxışı zamanı qazlaşdırılma ilə bağlı bəzi məqamlara da toxunub.

“Prezident İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi sosial siyasətin nəticəsi olaraq artıq ölkədə qazlaşma səviyyəsi, işğaldan azad olunan torpaqlar istisna olmaqla 96,2 faiz təşkil edir. Son 10 ildə respublikamızda 1554 kənd və qəsəbə qazlaşdırılaraq təbii qazla təmin olunub”, - deyə o qeyd edib.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti