Paşinyanın korteji yumurta atəşinə tutuldu - VİDEO

  21 Aprel 2021    Oxunub : 2218
 Paşinyanın korteji yumurta atəşinə tutuldu -    VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları Sünik bölgəsinin (Zəngəzur-red) Şurnux kəndində onun kortejinə yumurta atıblar.

Azvision.az “İnterfaks”a istinadən xəbər verir ki, Paşinyanın kortejini Rusiya sülhməramlı qüvvələri müşayiət ediblər.


Məlumata görə, baş nazir Nikol Paşinyan bu gün Qafanda keçirilən müşavirədə güc strukturlarının rəhbərlərinə onun Mehri şəhərinə gəlməsinə qarşı keçirilən aksiyaların təşkilatçılarını cəzalandırmağı tapşırıb.

İstintaq Komitəsinin nümayəndəsi baş nazirə cinayət işi açmaq üçün materialların hazırlandığını bildirib.

Xatırladaq ki, çərşənbə günü Sünik vilayətinin Mehri və Qacaran şəhərlərinin sakinləri Paşinyanın səfərinə etiraz olaraq aksiya keçiriblər. Mehri sakinləri ilə baş nazirin mühafizəçiləri arasında dava olub.

Azvision.az

Teqlər: Paşinyan