Azərbaycanın Türkiyəyə qaz satışı 16 faiz artıb

Azərbaycanın Türkiyəyə qaz satışı 16 faiz artıb
  22 Aprel 2021    Oxunub:1714
Cari ilin ilk 3 ayı ərzində Azərbaycandan xaricə təbii qaz satışı təxminən 5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 39,5 faiz çoxdur.
Energetika Nazirliyindən Azvision.az -a bildirilib ki, birinci rübdə 2020-ci ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 15,8 faiz çox, yəni 3 milyard kubmetr, Avropaya təqribən 1,1 milyard kubmetr, Gürcüstana isə 784 milyon kubmetr qaz ixrac edilib. Bu dövrdə Bakı-Tbilisi-Ceyhan boru kəməri sisteminə 27 milyon kubmetr qaz verilib.

Azvision.az


Teqlər: Türkiyə   Qaz  





Xəbər lenti