Sahibkarlıq subyektlərində nöqsanlar aşkarlandı

  21 Aprel 2021    Oxunub : 1217
Sahibkarlıq subyektlərində nöqsanlar aşkarlandı
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, aprelin 20-də keçirilən monitorinqlər zamanı Sumqayıt şəhərində “Forte fashion”, “Tahiroğlu mebel”, “Gilan-Knauf inşaat materialları” mağazalarında, “Bərəkət market”də, “Mini market”də, “Natiq gözəllik salonu”nda, ümumilikdə, 18 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Azvision.az

Teqlər: Nazirlik   Nöqsan