Lukaşenko sabah Putinlə görüşəcək

 Lukaşenko sabah Putinlə görüşəcək
  21 Aprel 2021    Oxunub:1582
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Lukaşenko aprelin 22-də Moskvaya işgüzar səfər edəcək. Səfər çərçivəsində o, həmkarı Vladimir Putinlə görüşəcək. Tərəflər iki ölkə arasındakı əlaqələri, ticari-iqtisadi əməkdaşlıq, COVID-19 pandemiyası ilə mübarizə, beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirPutin   Rusiya   Prezident   Belarus  





Xəbər lenti