Qardaşı və həyat yoldaşı şəhid olan xanıma ev verildi

   Qardaşı və həyat yoldaşı şəhid olan xanıma ev verildi
  21 Aprel 2021    Oxunub:2795
Vətən müharibəsi həm də Azərbaycan qadınının yüksək mənəviyyatını, sarsılmaz iradəsini və məğrurluğunu bir daha nümayiş etdirdi.
Azvision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov paylaşımında bildirib.

"Şəhid Adil İbrahimlinin həyat yoldaşı Nargül İbrahimlinin timsalında da biz bunun şahidi olduq. Bu gün o, şəhid ailəsi kimi yeni mənzillə təmin olundu", - F.Talıbov qeyd edib.

Qeyd edək ki, Vətən müharibəsində N.İbrahimlinin qardaşı Elton Qənbərli də şəhid olub.

Azvision.az


Teqlər: Şəhid   Adil-İbrahimli  





Xəbər lenti