ABŞ səfirinin müavini Rusiya XİN-ə çağrılıb

 ABŞ səfirinin müavini Rusiya XİN-ə çağrılıb
  21 Aprel 2021    Oxunub:1580
ABŞ-ın Rusiyadakı səfirinin müavini Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

"Amerika səfirliyi rəhbərinin müavini bu gün Xarici İşlər Nazirliyinə çağırıldı", - açıqlamada deyilir. Detallarla bağlı əlavə məlumat verilməyib.

Bundan əvvəl, ABŞ Dövlət Departamenti ölkənin Rusiyadakı səfiri Con Sallivanın bu həftə Birləşmiş Ştatlara gedəcəyini, qarşıdakı həftələrdə Moskvaya dönəcəyini təsdiqləyib. Qeyd edilib ki, səfir yeni adminstrasiyanın nümayəndələri ilə görüşmək niyyətindədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti