Paşinyan Qafanda da etirazlarla qarşılandı

Paşinyan Qafanda da etirazlarla qarşılandı
  21 Aprel 2021    Oxunub:3558
Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzurun (Sünik) Qafan şəhərinə səfəri də etirazlarla qarşılanıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, baş nazirin əleyhdarları regional administrasiyanın binasına toplaşaraq “Nikol xaindir”, "Nikol torpaqları təslim edib" şüarları səsləndiriblər.

Hazırda Paşinyan Zəngəzur regional administrasiyasının binasındadır.

Xatırladaq ki, bundan əvvəl Mehridə olan Paşinyanı insanlar etirazlarla qarşılayıb və o, məcburən şəhəri tərk edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qafan   Zəngəzur   Paşinyan   Etiraz  





Xəbər lenti