Paşinyanı təhqir edib Mehridən qovdular

 Paşinyanı təhqir edib Mehridən qovdular
  21 Aprel 2021    Oxunub:4190
Ermənistanın baş naziri Nikol Paşinyan Sünik (Zəngəzur-red) bölgəsində ona qarşı keçirilən etirazlardan sonra Mehri şəhərini tərk etməyə məcbur olub.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyanın hansı şəhərə üz tutacağı hələ məlum deyil.
"Mən onların davranışlarına görə üzr istəyirəm", - Paşinyan bildirib və maşına əyləşərək ərazidən uzaqlaşıb.

Qeyd edək ki, Paşinyanın Zəngəzura səfəri etirazla qarşılanıb. Yerli sakinlər "Nikol xain", "Təslimçi", "Rədd ol" kimi şüarlar səsləndiriblər.

Əraziyə təhlükəsizliyi təmin etmək üçün 500 polis və xüsusi təyinatlı cəlb olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Zəngəzur   Paşinyan  





Xəbər lenti