Neft Fondunun büdcəyə transferləri azalıb

Neft Fondunun büdcəyə transferləri azalıb
  21 Aprel 2021    Oxunub:1424
Bu ilin I rübündə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən proqnoza nisbətdə 536,3 mln. manat və ya 17,6% az, yəni 2 513,7 mln. manat daxilolma qeydə alınıb.
Maliyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan proqnozdan az daxil olmuş vəsait nəzərə alınmadan belə cari ilin I rübündə 212,7 mln. manat məbləğində profisit yaranıb.

Qeyd edilir ki, sözügedən azalma Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin I rübündə mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabına baş verib.

Azvision.az


Teqlər: Neft-Fondu  





Xəbər lenti