Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı artdı

Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı artdı
  21 Aprel 2021    Oxunub:2606
Ermənistanda son sutka ərzində daha 1033 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 210 518 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 25 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3944-ə çatıb. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 987 nəfərdir.

Aktiv xəstələrin sayı 15 316 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti