Ermənistanda daha iki əsgər “dedovşinanın” qurbanı oldu

 Ermənistanda daha iki əsgər “dedovşinanın” qurbanı oldu
  21 Aprel 2021    Oxunub:1831
Ermənistan ordusunda mövcud olan neqativ hallar, qanunsuzluqlar səbəbindən 2021-ci ildə hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlər zəminində baş vermiş cinayətlərin sayının artması əsgər valideynlərinin ciddi narazılığına səbəb olub.
Azvision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

Qeyd edilib ki, eyni gündə Ermənistan ordusunun daha iki əsgəri “dedovşinanın” qurbanı olub.

Ermənistan müdafiə nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidmətə yenicə başlayan gənc əsgərlər Samvel Saakyan və Aleksey Qabrielyanın daha çox xidmət edən hərbi qulluqçular tərəfindən dəfələrlə döyüldüyü faktı ortaya çıxıb. Sonuncu dəfə daha amansızlıqla döyülərək müxtəlif ciddi bədən xəsarətləri aldıqları üçün tibb məntəqəsinə müraciət etməyə məcbur qalıblar. Bundan sonra hərbi hissə komandiri hərbi polisə məlumat verib. Lakin yenidən fiziki və mənəvi işgəncələrə məruz qalacaqlarından qorxan S.Saakyan və A. Qabrielyan kimlər tərəfindən döyüldüklərini deməkdən və şikayət etməkdən imtina ediblər.

Faktla bağlı rəsmi məlumat verilməsə də, hərbi polis tərəfindən araşdırma davam edir.

Azvision.az


Teqlər: Ermənistan   Hərbçi   Dava  





Xəbər lenti