Koronavirusa yoluxanların sayı 145 milyona çatır

Koronavirusa yoluxanların sayı 145 milyona çatır
  21 Aprel 2021    Oxunub:1592
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 144 milyon 564 min 941 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 57 min 792 nəfərdir. İndiyədək 121 milyon 938 min 509 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 656 406 nəfər koronavirusa yoluxub, 10 503 pasiyent dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 32 536 470 nəfər virusa yoluxub, 582 456 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 15 616 130 nəfərdə virus aşkar edilib. Xəstələrdən 182 570 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 14 050 885 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 378 530 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 339 920 yoluxma, 101 597 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Rusiyada 4 718 854 nəfər virusa yoluxub ki, onlardan 106 307-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti