ABŞ Dövlət Departamenti Rusiyanı “təcavüzkar” adlandırdı

   ABŞ Dövlət Departamenti Rusiyanı “təcavüzkar” adlandırdı
  21 Aprel 2021    Oxunub:2287
ABŞ Dövlət Departamenti Rusiya-Ukrayna sərhədindəki vəziyyət kontekstində Rusiyanı "təcavüzkar" kimi nəzərdən keçirir və Kiyevin gərginliyi təhrik edəcək addımlar atmasının hansısa əlamətini görmür.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays deyib.

"Bu situasiyada Rusiya aqressordur. Biz Ukraynanın təxribatla məşğul olması, yaxud gərginlik yaratdığının hansısa əlamətini sezməmişik. Bizim gördüyümüz Rusiyanın dezinformasiya kampaniyasıdır: əslində Kremlin gördüyü işləri Ukraynanın boynuna atmaq", - deyə Prays mediaya açıqlamasında bildirib.

ABŞ rəsmisi qeyd edib ki, Vaşinqton Rusiyanın Ukraynaya qarşı davam edən aqressiv hərəkətlərindən narahatdır.

Azvision.az


Teqlər: ABŞ   Rusiya   Ukrayna  





Xəbər lenti