Türkiyədə daha 346 nəfər koronavirusdan öldü

   Türkiyədə daha 346 nəfər koronavirusdan öldü
  21 Aprel 2021    Oxunub:1425
Türkiyədə son sutka ərzində 346 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 61 min 28 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 384 min 624, pandemiya qurbanlarının sayı isə 36 min 613 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 792 min 129 pasiyent (son sutkada 55 592 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti