Avropa Şurasının Baş katibi Qarabağ bəyanatından danışdı

  20 Aprel 2021    Oxunub : 1328
   Avropa Şurasının Baş katibi Qarabağ bəyanatından danışdı
Ölkələrlə dialoqa girmək təşkilatımızın baza prinsiplərindən biridir. Çətin anlarda, xüsusilə də Qarabağ və onun ətrafındakı böhran kimi hallarda ilk olaraq dialoq yaratmaq çox vacibdir. Münaqişənin həlli istiqamətində əlimizdən gələni etdik. Ötən ilin noyabrında imzalanan Qarabağda müharibənin dayandırılmasına dair sülh bəyanatını alqışlayırıq.
Azvision.az xəbər verir ki, bu sözləri Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç AŞPA-nın yaz sessiyasında çıxışı zamanı deyib.

“Atəşkəs əldə ediləndən sonra rəsmi Bakı və İrəvan ilə dialoq qurmağa nail olduq. Atəşkəs qüvvəyə mindikdən sonra əsas məsələ bəyanata riayət olunması və yekun sülh sazişi üzərində işləməkdir. Ancaq yekun sülh üçün tərəflər arasında etimadın yaranması ən vacib məsələdir. Təəssüf ki, bir sıra aqressiv çıxışlar və insidentlər bu prosesə mənfi təsir göstərir”, - deyə Baş katib vurğulayıb.

Azvision.az

Teqlər: Qarabağ