Serbiya nəşri Qarabağdakı mina təhlükəsindən yazdı

Serbiya nəşri Qarabağdakı mina təhlükəsindən yazdı
  20 Aprel 2021    Oxunub:1778
Serbiyanın “Danas” nəşrində Ermənistanın Qarabağdakı minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməsindən bəhs edən məqalə dərc olunub.
Məqalədə Yerevanın hərəkətlərinin beynəlxalq humanitar hüquqa və ötən ilin noyabrında əldə edilmiş atəşkəsin ruhuna zidd olduğu qeyd edilib.

Bundan əlavə, məqalədə işğalın müxtəlif illərində basdırılmış piyadalar əleyhinə və tank əleyhinə minaların partlaması nəticəsində çox sayda mülki və hərbi şəxsin, o cümlədən istehkamçıların həlak olduğu bildirilib.

Nəşrin yazdığına görə, minalanmış ərazilərin xəritələri verilmədən minaların təmizlənməsi prosesi 10 ilə qədər davam edə bilər.

Azvision.az


Teqlər: Mina  





Xəbər lenti