Merkel Avropa Şurasında Qarabağı nümunə göstərdi

  20 Aprel 2021    Oxunub : 1915
Merkel Avropa Şurasında Qarabağı nümunə göstərdi
Qaydalara söykənən düzən dinc birgəyaşayış üçün vacib şərtdir. Dövlətlərin suverenliyi və ərazi bütövlüyünün şübhə altına alınması və ya pozulması, - necə ki, məsələn, Dağlıq Qarabağda bunun şahidi oluruq, - ümumi fundamental dəyərlərimizə ziddir.
Azvision.az xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxışı zamanı deyib.

"Əgər Avropa Şurasının bütün qurumları sıx əməkdaşlıq edərlərsə, o (Avropa Şurası-red) bu məsələdə həlledici rol oynaya bilər", - deyə Merkel bildirib.

Azvision.az

Teqlər: Merkel