"ABŞ və NATO Qara dənizdə təxribatları davam etdirir" - Şoyqu

 "ABŞ və NATO Qara dənizdə təxribatları davam etdirir" -  Şoyqu
  20 Aprel 2021    Oxunub:2013
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ və NATO-nun Qara dənizin hava məkanında və sularında təxribatçı fəaliyyətlərini davam etdirdiyini deyib.
Azvision.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

"ABŞ və NATO Qara dənizin hava məkanında və sularında təxribatçı fəaliyyətlərini davam etdirirlər", - Şoyqu Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib.

O, Cənub-Qərb strateji istiqamətində hərbi-siyasi vəziyyətin mürəkkəb olaraq qaldığını əlavə edib.

Bundan əvvəl, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev NATO-nun Qara dənizdəki fəallığının artması şəraitində Moskvanın əks tədbirlər görməyə məcbur olacağını bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti