Özünüməşğulluğa cəlb olunanların sayı 13,6 dəfə artacaq

Özünüməşğulluğa cəlb olunanların sayı 13,6 dəfə artacaq
  20 Aprel 2021    Oxunub:925
İşsiz və işaxtaran vətəndaşların kiçik biznesə yiyələnməsinə imkan yaradan özünüməşğulluq proqramına cəlb olunanların sayı hər il əvvəlki ilə nisbətən ciddi şəkildə artır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, özünüməşğulluq proqramının icrasına başlandığı 2017-ci ildə proqrama 1172 nəfər cəlb edilibsə, 2018-ci ildə bu göstərici 7267 nəfər, 2019-cu ildə 10716 nəfər, 2020-ci ildə 12548 nəfər təşkil edib.

2021-ci ildə isə hədəf 16 min şəxsin özünüməşğulluq proqramına cəlb edilməsidir. Bu da il ərzində proqrama cəlb olunanların sayının 2017-ci illə müqayisədə 13,6 dəfə artacağını göstərir.



Azvision.az


Teqlər: ƏƏSMN   Özünüməşğulluq  





Xəbər lenti