Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı - FOTOLAR

 Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı -  FOTOLAR
  20 Aprel 2021    Oxunub:3121
Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 20-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhə­dində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov çıxış etmiş, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbri­kini şəxsi heyətə çatdırıb.



Bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının dövlət sərhədlərinin etibarlı mühafizəsi üzrə qarşıya qoyulmuş tapşırıqların uğurlu icrası üçün böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.

Üçrəngli bayrağımızın dalğalandığı, işğaldan azad olunmuş müqəddəs sərhədlərimizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün qürur mənbəyi olması vurğulanıb.

Sonra tədbir iştirakçıları hərbi hissənin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olmuş, ikimərtəbəli binada yerləşən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və digər texniki vasitə­lərə baxış keçirmişlər. Hərbi hissəyə su və elektrik xətləri çəkilmiş, həmçinin fasiləsiz elektrik enerjisi təminatı üçün ehtiyat generator qurğusu yerləşdirilmiş, istilik təchizatı üçün qazanxana tikilmişdir. Hərbi hissənin ərazidaxili yoluna asfalt salınıb.

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunublar.



















Azvision.az


Teqlər: DSX   Hərbi-hissə   Zəngilan  





Xəbər lenti