“Rusiya öz maraqlarını qurban verməyəcək” - Peskov

“Rusiya öz maraqlarını qurban verməyəcək” -  Peskov
  20 Aprel 2021    Oxunub:2010
Rusiya Qərblə münasibətlərdə ölkənin maraqlarını qurban verməyə hazırlaşmır, ancaq dialoqa açıq olduğunu bəyan edir.
Azvision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Təəssüf ki, bir çox ölkənin hər hansı haker hücumuna görə dərhal Rusiya Federasiyasını günahlandırdığını görürük, amma indiyə qədər aydın şəkildə açıqlama verilməyib. Əlbəttə, Rusiya buna dözə bilmir və müəyyən gərginlik yaranır. Bu cür hallar o demək deyil ki, Rusiya bunu aradan qaldırmaq üçün öz maraqlarını qurban verməyə hazırdır. Xeyr, heç bir halda", - Peskov deyib.

Kreml rəsmisi Rusiyanın dialoqa açıq qaldığını və prezident Putinin dəfələrlə bu barədə danışdığını söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DmitriPeskov  





Xəbər lenti