Makronun səfərə gəldiyi şəhərdə atışma olub

Makronun səfərə gəldiyi şəhərdə atışma olub
  19 Aprel 2021    Oxunub:2077
Fransa prezidenti Emmanuel Makronun səfərə gəldiyi Monpelye şəhərində naməlum şəxs atəş açıb, daha sonra qaçmağa nail olub.
Azvision.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir. Məlumata görə, hadisə günün birinci yarısında şəhərin mərkəzində yerləşən Beaux-Arts rayonunda baş verib.

Naməlum şəxs bir nəfərə kürəyindən atəş açıb, daha sonra maşınla qaçıb. Ağır yaralanan 30 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həmin şəxsin axtarışlarına başlanılıb.

Qeyd edilib ki, Fransa prezidenti daxili işlər naziri Jerald Darmenenin müşaiyəti ilə bu şəhərdə səfərdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Fransa  





Xəbər lenti