Putin Baydenlə Belarusdakı çevriliş cəhdini müzakirə edib

Putin Baydenlə Belarusdakı çevriliş cəhdini müzakirə edib
  19 Aprel 2021    Oxunub:2245
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden telefon danışığında Belarusdakı dövlət çevrilişi cəhdini müzakirə ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Belarus Prezidenti Aleksandr Lukaşenko daha əvvəl bildirib ki, Putin amerikalı həmkarı ilə söhbətində ABŞ dövlətinin xüsusi xidmət orqanları tərəfindən Belarus liderinə qarşı sui-qəsdin hazırlanması məsələsini qaldırıb, lakin cavab olmayıb.

Peskov məlumatı təsdiqləyib:“Bəli, təsdiqləyə bilərəm”.

Lukaşenko 17 aprel tarixində özünün və övladlarının həyatına sui-qəsd hazırlayan bir qrup şəxsin həbs olunduğunu elan edib. Onun sözlərinə görə, ABŞ xüsusi xidmət orqanları burada iştirak edib. Belarus DTK-nın rəhbəri İvan Tertelin dediyinə görə, qrup üzvləri Lukaşenko və ailə üzvlərini fiziki cəhətdən yox etmək, hakimiyyəti ələ keçirmək üçün silahlı bir üsyan təşkil etmək planı olub. Qrupa həm Belarus vətəndaşları, həm də xaricilər daxil idi.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Belarus  





Xəbər lenti