`Oskar` qalibləri – FOTOSESSİYA

  03 Mart 2014    Oxunub : 753
`Oskar` qalibləri – FOTOSESSİYA
Bu gün gecə Amerika Kino Sənəti Akademiyası `Oskar` mükafatını qaliblərə təqdim edib. Ən yaxşı rejissor Alfonso Kuaron seçilib. Ən yaxşı aktrisa Keyt Blanşett ("Yasəmən"), ən yaxşı aktyor Mettyu Makkonahi ("Dallas alıcılar klubu") olublar.

Digər mükafatlar:

- "Qravitasiya" - xüsusi effektlər, ən yaxşı səs, ən yaxşı səs montajı, ən yaxşı operator işi
- "Helium" - Ən yaxşı qısametrajlı bədii film
Dünya kinematoqrafına verdiyi töhfələrə görə fəxri "Oskar"lar - Encela Lendsberi, Stiv Marin
- Ən yaxşı ikinci dərəcəli kişi rolu - Cared Leto
- Ən yaxşı ikinci dərəcəli qadın rolu - Lupita Nionqo ("Köləliyin 12 ili")
- Ən yaxşı kostyum dizaynı - "Böyük Qetsbi"
- Ən yaxşı qrim - "Dallas alıcılar klubu"
- Ən yaxşı animasiya filmi – `Donmuş`

İtaliyalı rejissor Paolo Sorrentinonun "Böyük gözəllik" filmi "Xarici dildə ən yaxşı film" nominasiyasında qalib gəlib.

Foto


Teqlər: