Ermənistanda koronavirusdan ölənlərin sayı artır

Ermənistanda koronavirusdan ölənlərin sayı artır
  19 Aprel 2021    Oxunub:2530
Ermənistanda son sutka ərzində daha 298 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 208 818 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 17 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3895-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 982 nəfərdir. Aktiv xəstələrin sayı 14 924 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti