Erməni jurnalist xalqını ikiüzlülükdə ittiham etdi

Erməni jurnalist xalqını ikiüzlülükdə ittiham etdi
  19 Aprel 2021    Oxunub:2532
"Ermənistanda heç vaxt dövlətin və xalqın mənafeyini hər şeydən üstün tutan yaxşı hökumət olmayıb".
Azvision.az xəbər verir ki, bunu tanınmış erməni yazar Nairi Hoxikyan deyib.

Ölkəni indiyədək üç hakimiyyətin idarə etdiyini xatırladan jurnalist heç birinin normal idarəçiliklə yadda qalmadığını bildirib. Birinci halda milli ideyaları mənasız sayan, ikinci dönəmdə korrupsiyanı təşviq edən, üçüncü halda isə "vətəni" satan iqtidar ölkəni idarə edib:

"Mərhum dostum, diplomat Arman Navasardyan həmişə deyirdi ki, erməni xalqı hələ dövlətçiliyə hazır deyil. O zaman mən bu fikrə qarşı idim. Bu gün başa düşürəm ki, Koçaryanın rəsmlərini evlərinin divarlarından asanlar Serj Sarkisyanın hakimiyyəti dövründə onu istedadlı bir strateq sayırdılarsa, onlar hazırda ağızları köpüklənərək Nikol Paşinyana ibadət edirlər. Bu cür insanlar hər zaman dövlətçiliyimizin əsaslarını dağıtdılar. Dünən Serj Sarkisyanı 5 min drama satanlar, bu gün korrupsiyaya qarşı mübarizə barədə danışırlar və həyasızcasına Nikolu dəstəkləməyə, düşmənə daha çox torpaq verməyə hazır olduqlarını söyləyirlər. Sabah yeni bir hökumət olanda eyni insanlar Nikol Paşinyana lənət oxuyacaqlar".

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Jurnalist  





Xəbər lenti