Qobustanda qəza baş verib

Qobustanda qəza baş verib
  03 Mart 2014    Oxunub:1019
Qobustanda avtomobil aşıb, bir nəfər yaralanıb.
Qobustanda avtomobil aşıb, bir nəfər yaralanıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı-Şamaxı yolunun 104-cü kilometrliyində, Qobustan rayonu ərazisində "SHACMAN" markalı yük avtomobili idarəetməni itirərək yolun kənarına aşıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü müxtəlif bədən xəsarətləri ilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə vətəndaşı çıxararaq Təcili Tibbi Yardım Stansiyasına təhvil veriblər.






Teqlər:





Xəbər lenti