Makron Putinlə danışıqlar aparmaq istəyir

Makron Putinlə danışıqlar aparmaq istəyir
  18 Aprel 2021    Oxunub:2463
Fransa Prezidenti Emmanuel Makron tezliklə Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə Yelisey sarayının Makronun Ukrayna Prezidenti Vladimir Zelenski ilə aprelin 16-da apardığı danışıqların nəticəsinə dair məlumatında bildirilib.

"Fransa Prezidenti yaxın vaxtlarda Prezident Vladimir Putinlə danışıqlar aparacaq", - rəsmi məlumatda qeyd olunub.

Fransa Prezident Administrasiyası bəyan edib ki, Makron Zelenskini rəsmi Parisin Ukraynanın suverenliyini qorumaq öhdəliyinə, eyni zamanda, Parisin bütün sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsinə əhəmiyyət verməsinə əmin edib.

Azvision.az


Teqlər: Makron   Putin   Zelenski  





Xəbər lenti