“Neftçi” “Qarabağ”la xal fərqini azaltdı

  17 Aprel 2021    Oxunub : 2179
“Neftçi” “Qarabağ”la xal fərqini azaltdı
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulub.
Azvision.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. Belə ki, "Sabah" klubu "Keşlə"nin qonağı olub. Görüşdə qol vurulmayıb.

Turun mərkəzi oyununda "Neftçi" komandası "Zirə"ni qəbul edib. Matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu görüşdən sonra "Neftçi" xallarını 46-ya çatdıraraq lider "Qarabağ"la fərqi minimuma endirib. "Zirə" isə 32 xalla 4-cü pillədə qalıb.

Azərbaycan Premyer Liqasında 23-cü turun nəticələri:

“Neftçi” – “Zirə” - 4:0
“Keşlə” – “Sabah” - 0:0
“Sumqayıt” –“Qəbələ” - 2:0
“Səbail” – “Qarabağ” - 1:1




Azvision.az

Teqlər: Neftçi   Qarabağ