Füzulidə erməni hərbçinin cəsədi tapıldı

 Füzulidə erməni hərbçinin cəsədi tapıldı
  17 Aprel 2021    Oxunub:2968
Qarabağda axtarışlar zamanı daha bir erməni həbçinin cəsədinin qalıqları tapılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qalıqlar Füzuli rayonu ərazisində aşkarlanıb.

Cəsədin kimliyini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1543 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti