Rusiyada helikopter sərt eniş edib, pilot ölüb

Rusiyada helikopter sərt eniş edib,  pilot ölüb
  17 Aprel 2021    Oxunub:2698
Rusiyanın Krasnodar diyarında Mi-2 helikopteri sərt eniş edib.
Azvision.az bu barədə “TASS”a istinadla xəbər verir.

Məlumata görə, hadisə nəticəsində pilot ölüb.

Qeyd edilib ki, helikopter Krasnodar-Novorossiysk magistralında sərt eniş edib. Hadisə yerində müvafiq qurumların əməkdaşları işləyir. İnsidentin səbəbləri araşdırılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti