Erməni səfir ölkəsinə qayıtmaqdan imtina etdi
Ermənistan Xarici İşlər Nazirliyindəki mənbələr yerli medianın yaydığı məlumatı təsdiqləyiblər.
"Mənbələrimizin verdiyi məlumata görə, Ermənistanın Argentinadakı səfiri Ester Mkrtumyan vəzifəsindən ayrılmamışdan əvvəl Argentinada başqa bir iş tapıb. O Ermənistana qayıtmayıb. İndi nə qədər qəribə səslənsə də, keçmiş diplomat hava limanında işləyir. Düzdür, bu, beynəlxalq münasibətlərdə Ermənistanın nüfuzuna xələl gətirən biabırçı hadisədir. Amma bir çox səfir istefadan sonra ölkədəki haqsızlıq və sosial problemlər səbəbindən qayıtmaqdan imtina edib", - deyə məlumatda qeyd olunub.
Tural Tağıyev
Azvision.az
Teqlər: Argentina Səfir Ermənistan