“Braziliya ştammı” hamilələr üçün təhlükə saçır
Braziliya ştammı ölkədə yoluxanların və infeksiyadan ölənlərin sayında artıma səbəb olub. Elm adamları ölənlərin sayının 350 mindən çox olmasında yeni ştammın təsirini qeyd edirlər. Xüsusilə ölkədə virusa yoluxanların yaş göstəricisi cavanlaşır. Belə ki, mart ayında xəstəxanalara yerləşdirilən şəxslərin yaşının 40-dan aşağı olduğu bildirilir. Həmçinin Braziliya ştammı üçün antitellərin təsirli olmadığı deyilir.
Azvision.az
Teqlər: Koronavirus Braziliya-ştammı