“Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan

  17 Aprel 2021    Oxunub : 2702
 “Ermənistana hücum Rusiyaya hücum deməkdir”  -  Paşinyan
Baş nazir Nikol Paşinyan ölkəsinin təhlükəsizlik sisteminin Ermənistan-Rusiya strateji və hərbi ittifaqına əsaslandığını bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə o, Vayotszor bölgəsində sakinlərlə görüş zamanı bildirib.

"Ölkəmizin təhlükəsizlik sistemi Ermənistan-Rusiya strateji və hərbi-siyasi ittifaqına əsaslanır", - deyə Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, hazırda Ermənistan-Rusiya ortaq qoşun birləşməsi və Qafqaz bölgəsində vahid hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir:

"Bu razılaşmaların məntiqinə görə, Ermənistana hücum Rusiya Federasiyasına hücum deməkdir və burada bizim vahid təhlükəsizlik sistemimiz mövcuddur”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: NikolPaşinyan