Vətən müharibəsinə həsr olunan film beynəlxalq mükafata namizəddir - VİDEO
“Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” adlanın film “İlin xəbər mükafatı” nominasiyası üzrə mükafata namizəddir. Filmdə hərbi əməliyyatlar zamanı ermənilərin mülki əhaliyə qarşı törətdikləri cinayətlər əks olunur.
Məlumat üçün bildirək ki, “One World Media” mükafatı dünya KİV-də əksini tapmış ən yaxşı materiallara təqdim olunur. Builki seçimlərdə 96 ölkədən olan 500-dən çox iş iştirak edib.
Mükafatın qalibləri iyunun 17-də açıqlanacaq.
Azvision.az
Teqlər: Vətən-müharibəsi