“Hələ “AstraZeneca” peyvəndindən istifadə etmirik” - Baş həkim

 “Hələ “AstraZeneca” peyvəndindən istifadə etmirik” -  Baş həkim
  17 Aprel 2021    Oxunub:2832
Bu günə qədər poliklinikamızda 40 yaşdan yuxarı 8798 nəfər vaksinasiya olunub. Onların hər birinin vəziyyəti yaxşıdır.
Bunu Azvision.az -a açıqlamasında 7 saylı şəhər poliklinikasının baş həkimi Şəlalə Səfərova deyib.

O bildirib ki, peyvənd üçün poliklinikaya gələn vətəndaşlar qeydiyyata alınır və vaksinasiyadan sonra sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.

"Onların adlarının randevu.its.gov.az saytında olduğu müəyyən edilir, daha sonra qeydiyyat aparılır və həkim müayinəsindən keçirilir. Əgər təzyiqi olanlar varsa, ona dərmanlar verilir. Təzyiq aşağı salınır, yenidən həkim müayinə edir. Vəziyyət yaxşıdırsa, peyvənd otağına yola salınır. Bu günə qədər peyvənd olunan şəxslər arasında hər hansı fəsadlaşma, şikayət qeydə alınmayıb. Vaksinasiya uğurla davam edir".

Ş.Səfərova bu günədək vətəndaşlara yalnız "CoronaVac" peyvəndinin vurulduğunu söyləyib:

"Bizə hələ "AstraZeneca" peyvəndi verilməyib. Poliklinikamızda Çin istehsalı peyvənd istifadə edilir. Əvvəlki günlərlə müqayisədə vətəndaşlar tərəfindən peyvəndə maraq yüksəkdir. Hər kəs vaksinasiya olunmaq istəyir və bu məqsədlə bizə müraciət edirlər.".

Aytən Zəhra
Azvision.az



Teqlər: Vaksinasiya   Koronavirus  





Xəbər lenti