Rusiyada virusdan ölənlərin sayı 105 mini ötdü

Rusiyada virusdan ölənlərin sayı 105 mini ötdü
  17 Aprel 2021    Oxunub:2138
Rusiyada son sutka ərzində koronavirusa 9321 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 693 469 nəfərə çatıb.

Rusiyada son bir gündə 398 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 105 193 nəfərdir. İndiyədək 4 319 389 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti