Suqovuşana yeni elektrik xətləri çəkilir

  16 Aprel 2021    Oxunub : 3569
Suqovuşana yeni elektrik xətləri çəkilir
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatını davam etdirir.
Qurumdan Azvision.az -a verilən məlumata görə, hazırda Tərtər yarımstansiyasından Suqovuşan qəsəbəsinə elektrik xətləri çəkilir:

"Suqovuşana hazırda 35 kilovoltluq, müasir, innovativ yeniliklərin tətbiq olunduğu xətt çəkilir. Həmin xətt izolyasiyalı kabel vasitəsilə aparılır.

Bununla yanaşı, qəsəbənin özündə isə daxili şəbəkə tamamilə qurulub. Artıq bu istiqamətdə işlər yekunlaşmaq üzrədir. Yaxın zamanda bununla bağlı qəsəbədə işlər başa çatacaq".

Azvision.az

Teqlər: Suqovuşan