Əhalinin banklardakı əmanətləri artıb

Əhalinin banklardakı əmanətləri artıb
  16 Aprel 2021    Oxunub:3025
Mərkəzi Bankın məlumatına görə, martın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği fevral ayı ərzində 177 milyon manat artaraq 8 milyard 379,9 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əmanətlərin 50,1 faizi xarici, 49,9 faizi isə milli valyutada qoyulub. Mart ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 2,03 (2,05) manata, 100 türk lirəsinə 22,64 (23,19) manata, 100 rus rubluna 2,29 (2,29) manata bərabər olub.

Azvision.az




Teqlər: Əmanət   Bank  





Xəbər lenti