17,6 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb

17,6 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb
  16 Aprel 2021    Oxunub:2116
Ölkəmizdə qurulan elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin ilk rübündə e-qaydada 17,6 min pensiya, müavinət, təqaüd təyinatı aparılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, bunlardan 7,7 mini pensiya, 9,9 mini müavinət və təqaüd təyinatları olub.

Sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə pensiya, müavinət və təqaüd təyin edilib.

E-təyinat sistemləri xüsusilə postmüharibə dövründə şəhid ailələrinə sosial ödənişlərin operativ təyinatına imkan verib.

Azvision.az


Teqlər: Pensiya   Müavinət   Təqaüd  





Xəbər lenti